Hindistanın şimalında tunel çökdü, azı 36 işçi dağıntılar altında qaldı
Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir.
Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil (report).