Çexiyanın keçmiş xarici işlər naziri vəfat etdi
Çexiyanın keçmiş xarici işlər naziri, ilk prezident Vatslav Havelin ən yaxın adamlarından biri Karel Şvartsenberq vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə onu partiya sədri kimi əvəz edən Miroslav Kalousek "X" sosial şəbəkəsində məlumat yayıb.
Kalousek qeyd edib ki, 85 yaşlı Şvartsenberq təcili olaraq təyyarə ilə Vyana xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirmənin səbəbi, Çexiya mətbuatının yazdığına görə, iltihablı proses olub. Son iki gündə Şvartsenberq süni yuxu vəziyyətində olub (report).