Qəzzanın şimalında müvəqqəti atəşkəs elan olundu
İsrail Qəzzanın şimalındakı Cəbəliya düşərgəsi ərazisində hərbi əməliyyatları müvəqqəti dayandırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi Aviçai Edri bildirib.
“Saat 10:00-dan 14:00-a qədər ərzaq çatdırılması və əhalinin təxliyyəsi üçün Cəbəliya bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti dayandırılacaq”, - Edri bildirib.
Bundan əlavə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün sabah səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.