Mirzoyan Britaniyaya gedir
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Britaniyaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər noyabrın 13-14-də baş tutacaq.
Rəsmi səfər zamanı Ermənistan və Böyük Britaniya xarici işlər nazirlərinin görüşü, həmçinin Ermənistan-Böyük Britaniya strateji dialoqunun ilk sessiyası baş tutacaq.
Səfər çərçivəsində digər müzakirələr və tədbirlər də nəzərdə tutulub.