Silah heç vaxt sülh gətirməz, münaqişələr yayılmamalıdır - Papa
“Qəzzada yaralananlara yardım göstərilməli, mülki şəxslər qorunmalıdır”.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk bildirib.
Papa İsrail və Fələstindəki ciddi vəziyyət haqqında düşünməyə davam etdiyini vurğulayıb:
"Fələstinli və israilli əziyyət çəkən hər kəsin yanındayam. Bu qaranlıq anda onları qucaqlayıram və onlar üçün çox dua edirəm. Silah heç vaxt sülh gətirməz, münaqişələr yayılmamalıdır”, - deyə Papa qeyd edib.