Düşənbədə zəlzələ baş verdi

 09:29 13.11.2023     237

Düşənbədən 10 km aralıda 4,5 bal gücündə zəlzələ baş verib. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar Düşənbədə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən seysmik proqnozlaşdırma monitorinq mərkəzinin məlumatına görə, 4,5 bal gücündə olub. Eyni zamanda, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 4,6 bal gücündə yeraltı təkanlar olduğunu bildirir. Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Düşənbənin mərkəzindən təxminən 10-15 km şimalda və 10-15 km dərinlikdə yerləşib.

Noyabrın 11-də səhər saatlarında Düşənbədən təxminən 30 km cənub-şərqdə 4,3 bal gücündə yeraltı təkanlar da qeydə alınıb, onlar şəhərin mərkəzində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Humay İSGƏNDƏRLİ