Qəzza zolağından təxliyə edilən ruslar bu şəhərə yerləşdirildi

 09:58 13.11.2023     206

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qəzza zolağından təxliyə edilmiş 70-ə yaxın Rusiya vətəndaşını Qahirəyə yerləşdiriblər.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağından təxliyə edilən Rusiya vətəndaşları Qahirəyə yerləşdirilib. İnsanlara lazımi kömək göstərilib, onlara su və yemək verilib", - deyə məlumatda deyilir.

Xatırladaq ki,  Rusiya Fövqəladə Hallar Nazirliyi rusiyalı diplomatlarla birlikdə Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyyəsini təşkil edib.

Həmidə İBRAHİMLİ