Paris Kiyevi buna məcbur etmək İSTƏYİR
Fransa öz arsenallarından Ukraynaya silah ötürülməsini dayandırmaq niyyətindədir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu danışıb.
Paris xüsusi ayrılmış vəsait hesabına Kiyevi fransız müəssisələrindən silah almağa məcbur etmək istəyir.
“Biz Ukraynanı xüsusi fondun vəsaiti hesabına yeni haubitsalar almağa məcbur etmək üçün danışıqlar aparırıq və beləliklə, fransız hərbçiləri artıq öz arsenallarından silah ötürmək məcburiyyətində qalmasınlar”, - TASS Sebastyan Lekornudan sitat gətirir.
Onun sözlərinə görə, Paris Kiyevə yardımın iki əsas istiqaməti üzərində düşünür. Birincisi, Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək, ikincisi, Ukrayna Silahlı Qüvvələrini hərbi texnika, o cümlədən artilleriya ilə təmin etməkdir.
Lekornu həmçinin qeyd edib ki, yaxın bir neçə həftə Rusiya-Ukrayna döyüş zonasında vəziyyət kritik olacaq və bu, döyüşlərin xarakterini dəyişə bilər.
NƏRGİZ