Banqladeş ölkələri İsrail və onun məhsullarını boykot etməyə ÇAĞIRDI
Banqladeş xarici işlər naziri bütün ölkələri İsrail və onun məhsullarını boykot etməyə çağırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Banqladeşin xarici işlər naziri Əbdül Momen beynəlxalq ictimaiyyəti Qəzza hadisələrinə görə İsraili və onun məhsullarını boykot etməyə çağırıb.
O, bunu İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçirilən 8-ci fövqəladə sammitində bəyan edib.
Momen Qəzzada baş verənləri etnik təmizləmə nümunəsi adlandırıb:
“Qəzzada davam edən qarşıdurmaya birdəfəlik son qoymaq üçün belə hərəkətlər cəzalandırılmalıdır ki, bütün məhbuslar azad olunsun ki, insanlar öz torpaqlarında dinc yaşamağa başlaya bilsinlər”.
Nazirin sözlərinə görə, Banqladeş dərhal atəşkəs, humanitar dəhlizlərin fasiləsiz və maneəsiz fəaliyyət göstərməsi, habelə beynəlxalq ictimaiyyət tərəfindən vəziyyətin sabitləşdirilməsi üçün dəqiq qrafikin yaradılmasının tərəfdarıdır.
NƏRGİZ