Livan İsrail ərazisinə iki minaatan mərmisi ATDI

 12:03 13.11.2023     268

İsrail ordusu Livandan atılan iki minaatan mərmisinə artilleriya atəşi ilə cavab verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalındakı Qornot ha-Qalil bölgəsində həyəcan siqnalları səsləndikdən sonra Livandan iki minaatan mərmisi atılıb və onlar İsrail ərazisinə düşüb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, itki yoxdur", - deyə məlumatda bildirilir.

“İsrail artilleriyası mərmilərin gəldiyi yerlərə zərbələr endirir”, - deyə mətbuat xidməti əlavə edib.

NƏRGİZ