Ceyms Kleverli Britaniyanın daxili işlər naziri təyin olundu - YENİLƏNİB
Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ölkənin yeni daxili işlər naziri təyin edilib.
Bildirilir ki, öncəki nazir Suella Braverman Fələstinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı polisin fəaliyyətini tənqid edən məqalə ilə çıxış etdikdən sonra ölkənin Baş naziri Rişi Sunak onu istefaya göndərib.
***
13:08
Böyük Britaniyanın Baş naziri Rişi Sunak daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.