Qantz Netanyahunu əvəz etmək çağırışlarını RƏDD ETDİ
İsraildə fövqəladə hallar kabinetinin üzvü Benni Qantz Netanyahunu əvəz etmək çağırışlarını rədd edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb.
İsrailin fövqəladə hərbi kabinetinin üzvü və ölkənin müdafiə departamentinin keçmiş rəhbəri Benni Qantz Qəzza zolağı ilə bağlı böhran zamanı baş nazir Benyamin Netanyahunun vəzifəsinin dəyişdirilməsi tələblərini rədd edib.
Radio stansiyasının məlumatına görə, Qantz son günlər qapalı danışıqlarda bir neçə dəfə "müharibənin ortasında "Kabinet rəhbərini dəyişdirməyin vaxtı olmadığını" söyləyib. Baş nazir dəyişikliyi ilə bağlı söhbətlər hazırda “yanlış bir fikirdir”, - Kan qeyd edir.
Radiostansiya xatırladır ki, Qantz oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə hücumunun dəf edilməməsinə görə məsuliyyət məsələsinin araşdırılması və həllinin vaxtının çatacağını deyib.
NƏRGİZ