Borrell İsrailə GEDİR

 13:32 13.11.2023     220

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell noyabrın 16-sı İsrailə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Yedioth Ahronoth” yayıb. 

Məlumata görə, Borrell səfər zamanı İsrail Prezidenti İshaq Hersoq və XİN rəhbəri Eli Kohenlə görüşəcək. Onun, həmçinin Qəzza zolağına da gedəcəyi gözlənilir.