Kipr Qəzzaya kömək planını AÇIQLADI

 13:38 13.11.2023     210

Kiprin xarici işlər naziri Konstantinos Kombos Avropa İttifaqından olan həmkarlarına Qəzza zolağının əhalisinə yardım göstərmək üçün dəniz humanitar dəhlizinin təşkili planını təqdim edəcək.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

"Mən bu gün Qəzza sakinlərinə yardım çatdırmaq üçün dəniz humanitar dəhlizinin təşkili planını təqdim edəcəyəm".

Kombosun sözlərinə görə, Kiprin təklif etdiyi planın lehinə üç əsas amil çıxış edir - dövlətin anklavla coğrafi yaxınlığı, respublikada yüklərin qəbulu üçün lazımi infrastrukturun olması və regiondakı qonşu ölkələrlə strateji əlaqələr.

NƏRGİZ