BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi HƏDƏF ALINDI

 13:47 13.11.2023     234

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağının cənubunda yerləşən binası İsrailin atəşi nəticəsində ciddi ziyan görüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan məlumatda deyilir.

"Dünən Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki UNRWA obyekti İsrail dəniz qüvvələrinin atəşə tutması nəticəsində ciddi ziyan görüb. Üç birbaşa zərbə qeydə alınıb. BMT əməkdaşları binanı tərk ediblər”, - agentlik bildirib.

“Bu hücum Qəzza zolağında təhlükəsiz ərazilərin olmadığının daha bir sübutudur: nə şimalda, nə mərkəzdə, nə də cənubda”, - UNRWA-nın rəhbəri Filip Lazzarini bildirib.

NƏRGİZ