Devid Kemeron Britaniyanın xarici işlər naziri təyin olundu
Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron ölkənin xarici işlər naziri təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Britaniya Baş nazirinin ofisi yayıb.
O bu vəzifədə Ceyms Kleverlini əvəz edəcək.
Xatırladaq ki, D.Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri olub.