"HƏMAS xəstəxanalardan və mülki şəxslərdən canlı qalxan kimi istifadə edir" -

 15:52 13.11.2023     274

Avropa İttifaqı HƏMAS-ı "xəstəxanalardan və mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə" qınayır.

Redaktor.az  AP-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət komissarı Josep Borrell deyib.

O, eyni zamanda İsraildən “maksimum təmkin və mülki şəxsləri hədəf almamasını” istəyib.

“Bilirsiniz ki, son vaxtlar BMT-də keçirilən səsvermədən sonra, ölkələrin fərqli səsverməsi nəticəsində tamamilə vahid yanaşma təqdim etmək nə qədər çətin olub”, - Borrell bildirib.

Oktyabrın 28-də Aİ liderlərinin İsrail və HƏMAS arasında müharibə ilə bağlı birlik elan etməsindən bir neçə saat sonra, üzv dövlətlər Baş Assambleyanın Qəzza zolağında İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasına səbəb olan humanitar atəşkəsə çağıran qətnaməsinə səsvermədə ikiyə bölünüb. 

Onlar HƏMAS-ı bütün girovları dərhal və qeyd-şərtsiz azad etməyə çağırdıqlarını bildiriblər: “Beynəlxalq Qırmızı Xaç Komitəsinə girovlarla əlaqə yaradılmasına imkanı verilməsi çox vacibdir”.

Latviyanın xarici işlər naziri bildirib ki, “Həmas, təəssüf ki, mülki infrastrukturdan və mülki şəxslərdən İsrail Müdafiə Qüvvələrinə qarşı qalxan kimi istifadə edir”.

O əlavə edib ki, “Qərbdə heç kim heç bir terror təşkilatını dəstəkləməkdə maraqlı deyil”.

NƏRGİZ