ABŞ-ın Qəzzadakı girovlarla bağlı PLANI

 16:48 13.11.2023     271

İsrail hakimiyyəti girovların harada olduğunu çox yaxşı bilir. 

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın NBC telekanalına müsahibəsində deyib.

Lakin Baş nazir heç bir detalı açıqlamayıb. Onun sözlərinə görə, mübadilə sövdələşməsi əldə edildikdən sonra danışmağa hazırdırlar.

Bu arada ABŞ administrasiyasındakı mənbə ötən gün NBC telekanalına hazırda oğurlanmış 80 uşaq və qadının azad edilməsini nəzərdə tutan sazişin müzakirə olunduğunu təsdiqləyib.

Bunun qarşılığında İsrail də öz növbəsində həbsdə olan fələstinli qadınları və azyaşlıları azad edəcək.

NƏRGİZ