“Geosiyasi problemi həll etmək hələ də vacibdir" - Berbok
Almaniyanın Ukraynaya yardımı gələn il əhəmiyyətli dərəcədə artırılacaq.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Almaniya müharibə başlayandan bəri Ukraynanın ən böyük hərbi təchizatçılarından birinə çevrilib. Tanklar, zirehli transportyorlar, hava hücumundan müdafiə sistemləri və "Patriot" raket sistemləri göndərib.
Berbok deyib ki, hətta Avropa İsrail və HƏMAS arasında müharibə ilə üzləşsə belə, “geosiyasi problemi həll etmək” hələ də vacibdir.
Onun sözlərinə görə, bu, qarşıdan gələn qış aylarında Ukraynaya yardımı əhatə edir və “gələn il ərzində dəstəyimiz əhəmiyyətli dərəcədə genişlənəcək”.
NƏRGİZ