Finlandiya Rusiyadan sərhədi velosipedlə keçməyi qadağan etdi
Noyabrın 15-dən Finlandiya Rusiya Federasiyasından öz sərhədini velosipedlə keçməyi qeyri-müəyyən müddətə qadağan edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Helsinkidəki səfirliyinin saytında yerləşdirilən məlumatda deyilib.
“Finlandiya hakimiyyət orqanlarından alınan bildirişə əsasən, 15 noyabr 2023-cü il saat 00:00-dan etibarən Finlandiya qeyri-müəyyən müddətə Rusiyadan velosipedlə sərhədi keçməyə qadağa qoyur”, - mətndə qeyd edilib.
"Valimaa, Nuyamaa və İmatra keçid məntəqələrində oxşar məhdudiyyətlər noyabrın 9-dan qüvvədədir", - Rusiya səfirliyi vurğulayıb.
Yusif EYVAZLI