Trampın böyük bacısı VƏFAT ETDİ

 23:29 13.11.2023     286

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük bacısı, təqaüddə olan hakim Meryanna Tramp Barri 86 yaşında vəfat edib. 

Redaktor.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.

Tramp-Barri noyabrın 13-də səhər tezdən Nyu-Yorkun Yuxarı Şərq tərəfindəki evində vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

Yusif EYVAZLI