Uqandada 5,5 bal gücündə zəlzələ baş verdi

 23:42 13.11.2023     309

Uqandanın şimalında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 119 min nəfər əhalisi olan Lira şəhərindən 16 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. 

Yusif EYVAZLI