İsrail ordusu Qəzzada 15 min hədəfi məhv edib
Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 300 yeraltı tunel də daxil olmaqla 15 min hədəfi məhv edib.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Piter Lerner brifinq zamanı bildirib.
O, qeyd edib ki, düşmən qüvvələrinin İsrail əsgərləri üçün tələlər hazırladığı bir neçə yüz ev də dağıdılıb.
Həmidə İBRAHİMLİ