Qəzzadan çıxarılan 98 Rusiya vətəndaşına tibbi yardım göstəriləcək
Rusiya Səhiyyə Nazirliyinin həkimləri Qəzza zolağından təxliyə edilən Rusiya vətəndaşlarının ikinci qrupunu müayinə edəcəklər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qəzza zolağından gələn 98 Rusiya vətəndaşının olduğu avtobuslar mütəxəssislərimizin olduğu yerə çatdıqdan sonra onların hamısı Rusiya Səhiyyə Nazirliyinin Fəlakət Təbabəti üzrə Federal Mərkəzinin və nazirliyin tibb təşkilatlarının mütəxəssisləri tərəfindən müayinə olunacaq. Ehtiyac yaranarsa, onlara tibbi yardım göstəriləcək və Moskvaya uçuşa hazırlanacaqlar”, - məlumatda deyilir.
NƏRGİZ