"Orada dörd deyil, ən azı səkkiz ada var" - Rusiya Yaponiya ilə RAZILAŞACAQMI?

 10:33 14.11.2023     244

Rusiya ilə sülh müqaviləsi üzrə danışıqların mövzusu dörd “şimal adasının” ərazi mənsubiyyətidir.

Redaktor.az vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib.

"Şimal əraziləri ölkəmizin suverenliyinin yayıldığı adalardır, ölkəmizin ata-baba ərazisidir. Bununla bağlı Yaponiya hökumətinin mövqeyində heç bir dəyişiklik yoxdur. Sülh müqaviləsi üzrə danışıqların predmeti dörd adanın ərazi mənsubiyyətidir” -o, jurnalistin Rusiya prezidenti Vladimir Putinlə Yaponiyanın o vaxtkı baş naziri Şinzo Abe arasında Sinqapurda keçirilən görüşün beşinci ildönümü ilə əlaqədar Tokionun mövqeyi ilə bağlı sualına cavabında deyib. 

Əslində, “dörd ada”dan danışmaq yaponların iddialarının mənasını dəqiqliklə çatdırmır. Onlar dörd deyil, ən azı səkkizdir - bunlar Şikotan, Polonski, Tanfilev, Anuçina, Yuri, İturup, Kunaşir və Kiçik Kuril silsiləsidir.

Moskvanın mövqeyi: əvvəlcə sülh müqaviləsi, sonra adalar

Tokionun mövqeyi: əvvəlcə adalar, sonra müqavilədir. 

1956-cı il bəyannaməsinə əsasən, Sovet İttifaqı sülh müqaviləsi imzalandıqdan sonra Kiçik Kuril silsiləsini Yaponiyaya verməyə hazır idi. Sənəd iki ölkə tərəfindən ratifikasiya edilib. Lakin Yaponiya sonradan razılaşmaları yerinə yetirməkdən imtina etdi və əlavə olaraq, 1960-cı ildə Amerika qoşunlarının öz ərazisində olması haqqında ABŞ ilə müqavilə imzaladı".

Matsuno əlavə edib ki, Ukraynada keçirilən xüsusi əməliyyata görə indi sülh müqaviləsi üzrə danışıqlar barədə konkret nəsə deməyin vaxtı deyil, lakin hökumət şimal əraziləri probleminin həlli və sülh müqaviləsi imzalamaq mövqeyindən çıxış etməkdə davam edir.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başladıqdan sonra Yaponiya bir sıra anti-Rusiya sanksiyalar paketini tətbiq edib. Bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.

NƏRGİZ