Robert Köçaryanın oğlu deputat kimi AND İÇDİ

 10:47 14.11.2023     246

Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın oğlu Levon Köçaryan deputat kimi noyabrın 14-də parlamentdə and içib.

Redaktor.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, L.Köçaryan sentyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyası zamanı saxlanılmışdı. Oktyabr ayında həbs müddəti iki ay müddətinə uzadılmışdı. Müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Armen Çaryanın mandatdan imtina etməsi nəticəsində Levon Köçaryan parlament üzvü olub. Deputat toxunulmazlığı statusu ilə azadlığa buraxılıb. O, fəaliyyətini müxalifətdə olan “Hayastan” fraksiyasında davam etdirəcək.