Qəzza zolağında dinc insanların həlak olması ilə bağlı məlumatlara inanmıram - Lerner

 11:53 14.11.2023     197

Fələstin tərəfinin Qəzza zolağında dinc insanların həlak olması ilə bağlı dərc etdiyi məlumatlara inanmıram, lakin İsrail ordusunun da bu məsələ ilə bağlı öz hesablamaları yoxdur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Peter Lerner keçirdiyi brifinqdə bildirib.

"Qəzzadan gələn bütün məlumatlar çox ciddi senzuraya məruz qalır. Mən Şimali Koreya rəsmilərinin məlumatlarına inanmadığım kimi Qəzzadan gələn heç bir şeyə inanmazdım. Mən hesab edirəm ki, rəsmi ölənlərin sayı və ya digər məlumat olduqca şübhəlidir", - İDF sözçüsü deyib.

NƏRGİZ