Gürcüstanda iranpərəst axund şeyx seçilə bilər

 14:32 14.11.2023     250

Gürcüstanda “Gürcüstan Müsəlmanları İdarəsi”nə yeni şeyxin seçilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, artıq hazırkı şeyx Ramin İgidovun postu uğrunda 3 nəfər mübarizə aparır. Bunlar Qurban Murquzov, Faiq Nəbiyev və Vidadi Qurbanovdur. Hər üçü Qum strukturlarının şagirdidir və İran molllakratiyasının himayəsindədirlər.  

Böyük ehtimalla demək olar ki, Gürcüstan hakimiyyəti artıq Faiq Nəbiyevin lehinə öz seçimini müəyyənləşdirib. O, Tbilisidəki “Alul Beyt” təşkilatı və mərkəzinin rəhbəridir, həm İranın mollakratiyası, həm də Gürcüstan təşkilatları və İraqdakı Sistani strukturları ilə çox sıx əlaqələrə malikdir. Orada təhsil alıb və anti-Azərbaycan baxışlarının olması aydındır.

Keçmiş şeyx Ramin İgidovu Kvemo Kartli regionuna faktiki olaraq buraxmırdılar, çünki İranın Kvemo Kartli dini idarəetmə konsepsiyasına uyğun gəlmirdi. İran mollakratiyasının tərəfdarları Ramin İgidova şeyx kimi işlədiyi müddətdə əhali ilə işinə fəal şəkildə qarşı çıxırdılar, Azərbaycan icmasının kompakt yaşadığı yerlərdə ona qarxşı təxribat edirdilər.

Bu səbəbdən onu həm İran, həm də Gürcüstan hakimiyyəti tərəfindən qəbul olunacaq yeni şeyxlə əvəz etmək qərara alınıb. Çox güman, yeni şeyxin təyinatı ilə bağlı razılaşma artıq İranla danışılıb, çünki yeni namizəd (və bütün namizədlə) İran mollakratiyasının bütün standartlarına malikdir. Və bu namizəd regionda qəbul oluna və ora buraxıla bilər. Belə olan halda yenə də iranpərəst axund şeyx seçiləcək. Bu təqdirdə kim zəmanət verə bilər ki, həmin şəxs Gürcüstanda dinə müsbət təsir edəcək?