“Kreml Paşinyanın bu qərarından təəssüflənir”
“Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirak etməmək barədə qərarından təəssüflənir”.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Biz başa düşürük ki, hər bir dövlət və hökumət başçısının işçi qrafikində öz tədbirləri ola bilər. Burada sadəcə təəssüf ifadə etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi üçün çox yaxşı səbəbdir”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-ü Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyini açıqlayıb. Bundan əvvəl isə Paşinyan və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan MDB-nin Bişkekdə keçirilən sammitində iştirak etməmişdilər.