Kirkorov etiraf etdi

 15:45 14.11.2023     260

Rusiyalı estrada müğənnisi Filipp Kirkorov döyüşməyi bacarmadığını etiraf edib.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Lakin müğənni “əlinin ağır olduğunu” qeyd edib: “Mən çox mehribanam, amma Buğaları hirsləndirmək olmaz. Əks halda, bam - vəssalam".

Özünü kontrolda saxlamağa çalışdığını bildirən Kirkorov təmkinli olmağı yalnız illər ərzində öyrəndiyini bildirib.

Filipp Kirkorov 1990-cı illərin əvvəllərində ondan pul qoparmaq istəyən reketlərdən özünü necə müdafiə etdiyi danışıb.  Yaradıcılıq karyerasının əvvəlində, "Lujniki" stadionunda çıxış etməzdən əvvəl bir neçə nəfər müğənninin soyunub-geyinmə otağına girərək “onlara xərac verməyi” tələb ediblər. Sənətçi özünü itirməyərək naməlum şəxslərə cavabını verib.

NƏRGİZ