Qəzzadakı Rusiya vətəndaşları bu yolla AXTARILIR
Rus diplomatları praktiki şəkildə - "ağızdan ağıza" əlaqə vasitəsi ilə Qəzza zolağında kommunikasiyaları kəsilən ruslarla əlaqə saxlayır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliya Zaripova məlumat verib.
"Hər gün təxliyyə olmaq istəyənlərin siyahıları yerləşdirilir. Biz bəzi tanışlarımız vasitəsilə əlaqəsi kəsilən ailələrlə əlaqə saxlamağa çalışırıq. Artıq iki gün ərzində 160-dan çox insan Qəzza sektorunu tərk edib. Bu, təkcə ruslar deyil. Onlar ruslar və fələstinli ailə üzvləridir", - o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, Qəzza zolağından evakuasiya siyahısına ümumilikdə 1 mindən çox adam yazılıb, onların arasında “Rusiya Federasiyası vətəndaşları və 300 azyaşlı” var.
NƏRGİZ