İtaliya Qəzzada daha uzun humanitar fasilələrin əldə olunmasına ÇALIŞIR

 17:24 14.11.2023     304

İtaliya Xarici İşlər Nazirliyi Qəzzada daha uzun humanitar fasilələr üzərində iş aparıldığını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu respublikanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tajani deyib.

İtaliya hökuməti humanitar yardımın mülki şəxslərə çatmasını təmin etmək üçün Qəzza zolağında döyüşlər zamanı daha uzun humanitar fasilələr əldə etməyə çalışır:

"Biz humanitar fasilələrin daha uzun olmasını təmin etmək, o cümlədən humanitar təşkilatların, BMT və BQXK-nın yardım çatdırmaq imkanının olmasını təmin etmək üçün çalışırıq".

Nazir bildirib ki, İtaliya Qəzzanın mülki əhalisinə 16 tona yaxın humanitar yardım göndərib. "Bu saatlarda yardım nəzarət-buraxılış məntəqəsindən Qəzzaya daxil olur", - Tajani bildirib.

O əlavə edib ki, Kiprin Qəzza zolağının əhalisinə yardım göstərmək üçün dəniz humanitar dəhlizinin təşkili təklifini dəstəkləyir.

NƏRGİZ