Ukrayna Polşa ilə sərhədlərin açılmasına RAZI OLMADI
Ukrayna və Polşa Ukrayna daşıyıcıları üçün sərhəd-keçid məntəqələrinin blokdan çıxarılması ilə bağlı danışıqlar zamanı razılığa gələ bilməyiblər.
Redaktor.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə istinadən Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.
"Danışıqlar hələ heç nəyə gətirib çıxarmayıb, buna görə də Polşa daşıyıcıları Polşa ilə sərhəddə üç əsas marşrutu bağlamağa davam edir",- deyə o söyləyib.
Humay İSGƏNDƏRLİ