Sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən yerə enmək məcburiyyətində qaldı
Bir sərnişinin təyyarəni partlatmaqla hədələməsindən sonra Birləşmiş Hava Yollarına məxsus təyyarə San-Fransiskoda eniş etməyə məcbur olub.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Təyyarənin Los Ancelesdən Vankuverə uçduğu dəqiqləşib. Uçuşdan bir saat sonra sərnişinlərdən biri partlayış törətmək niyyətində olduğunu bildirib. Tezliklə təhdidlərin yalan olduğu bəlli olub., lakin təyyarənin kapitanı eniş etmək qərarına gəlib.
San-Fransiskoda təyyarədə olan bütün sərnişinlər hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Hücumun motivləri barədə məlumat verilmir.
Yusif EYVAZLI