Quterreş dərhal atəşkəsə ÇAĞIRDI

 21:47 14.11.2023     238

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında bir neçə xəstəxanada yaralananlardan dərin narahatdır və dərhal atəşkəsə çağırıb.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

"Baş katib Qəzzada bir sıra xəstəxanalardakı dəhşətli vəziyyətdən və faciəli ölümlərdən dərin narahatdır. Baş katib insanlıq naminə təcili humanitar atəşkəsə çağırır", - onun sözçüsü Stefan Düjarrikin bəyanatını oxuyub. 

Yusif EYVAZLI