Danimarka Ukraynaya 7 milyon avro GÖNDƏRƏCƏK
Ukraynanın Energetika Nazirliyi Danimarkanın Kiyevə yeddi milyon avro göndərmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
“Danimarka Ukraynanın Enerji Dəstəyi Fonduna yeddi milyon avro məbləğində qrant töhfəsini köçürəcək və bu vəsait enerji infrastrukturunun bərpası üçün avadanlıqların alınmasına sərf olunacaq”, - deyə məlumatda bildirilib.
Bu məbləğin dörd milyon avrosunun yaxın vaxtlarda yatırılacağı, yerdə qalan vəsaitin isə sonradan köçürüləcəyi dəqiqləşir.
Yusif EYVAZLI