Paşinyana ən böyük təhlükə komandasıdır - "Hraparak"
Çox sadə bir sxem işləyir. Nə vaxtsa hakimiyyətin başında duran adamın əsas problemi öz hakimiyyətini saxlamaq olur və hər şey o məqsədə yönəlir. Biri üçün o məqam hakimiyyətə gələndən 1 il sonra gəlir, digəri üçün 5-10 il. Bunu öz müxalifətini yaratmaqla, real müxalifətin başını kəsməklə ifadə etmək olar. Yeni Konstitusiya yazmaqla və prezident vəzifəsini Baş nazir vəzifəsi ilə əvəz etməklə də.
Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak" nəşrinin Paşinyanın hakimiyyəti öz əlində saxlamaq üçün oynadığı "oyun"lar haqqındakı məqaləsində qeyd olunur.
"Bunu kresloya qarşı bütün təhdidləri neytrallaşdırmaqla və ona qarşı mübarizə aparanların ümidlərini söndürməklə ifadə etmək olar. Biz 30 il ərzində bütün bu təzahürləri gördük və “ləzzət aldıq”. Məlum oldu ki, Nikol Paşinyanın bununla bağlı o qədər də böyük fantaziyası yoxdur: o, sələflərinin zəngin arsenalından istifadə edir, təbii ki, öz şəxsiyyətinə xas olan yeni elementləri təqdim edir.
Təbii ki, əsas vasitə qorxu mühiti yaratmaqdır - konkret olaraq həbsxanaya düşmək qorxusu, ona qarşı mübarizə vəziyyətində gözlənilən fəlakətlər, o cümlədən düşmənlərin hücumu və beləliklə ölkədə xaos yaradılacaq. Nəticədə Facebook-da onun əleyhinə yazılar yazan və ya açıq şəkildə tənqid edən şəxslər həbs olunur.
İttiham nə qədər absurd olsa, həbsin təsiri də bir o qədər çox olar. İnsanlara görə, Armen Aşotyan kimilər bu qədər absurd ittihamlarla həbs edilibsə, niyə ona aman verməlidirlər? Amma o, ən böyük təhlükəni komandasından narazı olan və onu uzaqlaşdırmaq və onun yerini tutmaq ambisiyaları olan üzvlərindən hiss edir".
NƏRGİZ