İndoneziya xəstəxanası bu səbəbdən fəaliyyətini dayandırır

 09:56 15.11.2023     356

Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanası yanacaq çatışmazlığı səbəbindən işıqsız qaldıqdan sonra fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, generatorlar üçün yanacaq çatışmazlığı səbəbindən xəstəxanada elektrik enerjisi tamamilə kəsilib. Tibb müəssisəsi tibbi yardım göstərə və təcili yardım maşınlarının göndərilməsini təmin edə bilmir.

Həmidə İBRAHİMLİ

 

Vumart və Güvən reklamı Vumart Güvən