İndoneziya İsrailə çağırış etdi

 09:53 15.11.2023     226

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ASEAN ölkələrinin müdafiə idarələri rəhbərlərinin Cakartada başlayan iclasında İsraili Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Redaktor.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

"İndoneziyanın mövqeyi aydın və qətidir. Biz Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasına və humanitar yardım üçün dəhlizlərin yaradılmasına təkid edir və çağırırıq".

Bundan əlavə, nazir ASEAN-dakı həmkarlarını Myanmada sülh yolu ilə nizamlanma istiqamətində mühüm irəliləyiş əldə etməyə çağırıb.

NƏRGİZ