"Ukrayna ABŞ-dan əlavə dəstək vədləri alıb"

 10:04 15.11.2023     240

"Ukrayna nümayəndə heyəti noyabrın 13-14-də ABŞ-a səfəri zamanı əlavə dəstək vədləri aldı, baxmayaraq ki, bu sahədə Konqresdə qanunvericilik prosesi ilə bağlı suallar qalmaqdadır".

Redaktor.az xəbər verir ki, “Ukrinform” agentliyinin verdiyi məlumata görə, bunu Ukrayna prezidenti aparatının rəhbəri Andrey Ermak səfərin yekununda deyib.

“Biz ABŞ-ın Ukraynanın dostu kimi bizimlə qalması və qələbəmizə inanması hissi ilə qayıdırıq”,- deyən Ermak, Vaşinqtonun dəstəyini davam etdirəcəyinə əmin olduğunu bildirib.

Ermak qeyd edib ki, səfər zamanı xüsusilə respublikaçılar tərəfindən tənqid edilən həm hərbi, həm də birbaşa büdcə dəstəyinin davam etdirilməsi, həmçinin Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib. O əlavə edib ki, ABŞ-da, o cümlədən konqresmenlərlə görüşlər zamanı Ukrayna ilə bağlı bu ilin sonuna və 2024-cü ilə qədər fəaliyyət planını təqdim edib.

Həmidə İBRAHİMLİ