BMT Qəzza zolağında humanitar əməliyyatları dayandırır - RƏSMİ
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında həyata keçirdiyi humanitar əməliyyatı yanacaq çatışmazlığı səbəbindən dayandırılacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu UNRWA-nın rəhbəri Filip Lazzarini deyib.
"Oktyabrın 7-dən etibarən Qəzza zolağına yanacaq çatmadığı üçün 2 milyondan çox insanın həyatının asılı olduğu Qəzza zolağına humanitar yardımlar mərhələli şəkildə dayandırılır", - o, agentliyin saytında dərc olunan bəyanatda qeyd edir.
“UNRWA üç həftə əvvəl vəziyyətlə bağlı həyəcan təbili çalıb, sürətli tükənmə və bunun xilasetmə əməliyyatlarına təsir barədə xəbərdarlıq edib”.
NƏRGİZ