Misir vasitəsilə Qəzza zolağına hər gün bu qədər yardım göndərilir

 10:10 15.11.2023     245

Hər gün Misir üzərindən Qəzza zolağına humanitar yardım daşıyan 100-ə yaxın yük maşını göndərilir. Yüklərin daşınması Beynəlxalq Qızıl Aypara Hərəkatı tərəfindən həyata keçirilir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın inzibati direktoru Yasir Abdullah bildirib.

"Fələstin və Misir tərəfləri arasında koordinasiyadan sonra indiyədək 15 min ton göndərilib və demək olar ki, 10 min ton hazırdır. Fələstin xalqının gündə 100-ə yaxın yük maşınına ehtiyacı var. Əvvəlcə daşınan yüklərin həcmi 10-20 arası idi. İndi isə gündə 70-dən 100-ə qədərdir”.

NƏRGİZ