Ruslar bu şəhəri raket hədəfinə aldı - Tələfat var

 10:21 15.11.2023     255

Rusiya Ukraynanın Donetsk vilayətinin Selidovo şəhərində çoxmərtəbəli binanı hədəfə alıb.

Redaktor.az bu barədə "UNİAN"a istinadla xəbər verir.

Məlumata görə,  xilasedicilər dağıntılar altından qadın cəsədi aşkar ediblər.

"Bu gecə düşmən Donetsk vilayətinin Pokrovski rayonunun Selidovo şəhərinə raket zərbəsi endirib. Nəticədə 4 mərtəbəli yaşayış binasının girişi dağıdılıb", - deyə Ukraynanın daxili işlər naziri İqor Klimenko teleqram kanalında deyib.

Belə ki, atışma yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları polislə birlikdə xəsarət almış kişi və qadını xilas edərək tibb müəssisəsinə çatdırıb.

Bundan əlavə, xilasedicilər 4-cü mərtəbədə yerləşən qəzalı vəziyyətdə olan biri uşaq olmaqla 3 nəfərin çıxmasına kömək ediblər.

"Təəssüf ki, dağıntılar altında ölmüş qadının meyiti tapılıb. Yəqin ki, dağıntılar altında ən azı bir nəfər qalıb. Fövqəladə və xilasetmə işləri davam edir", - deyə nazir bildirib.

Həmidə İBRAHİMLİ