Mirzoyan Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri ilə GÖRÜŞDÜ

 14:39 15.11.2023     354

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Sara Makintoş arasında görüş baş tutub. Onlar Ermənistan və Böyük Britaniya arasında strateji dialoqun istiqamətlərini müzakirə ediblər.

Redaktor.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.

Bildirək ki, bundan əvvəl erməni nazirin Londona səfəri zamanı iki ölkə arasında demokratik islahatlar, müdafiə və təhlükəsizlik, miqrasiya və sərhəd nəzarəti, ticarət kimi sahələrdə qarşılıqlı fəaliyyət də daxil olmaqla strateji dialoqun başlanmasına dair sənəd imzalanıb.

Tərəflər əməkdaşlıq potensialını tam şəkildə reallaşdırmaq əzmində olduqlarını qeyd ediblər. Bu kontekstdə Londonun mərkəzində Ermənistan səfirliyinin yeni binasının açılışının əhəmiyyəti qeyd edilib. İclas iştirakçılarının fikrincə, bu, ikitərəfli gündəliyin genişləndirilməsi istiqamətində iddialı vəzifələrdən xəbər verir.

Mirzoyan və Makintoş beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələlərinə də toxunub.

NƏRGİZ