İsrailin Qəzzadakı xəstəxaya hücumu insanlığa qarşı cinayətdir - May Kaile

 14:45 15.11.2023     296

Fələstinin Səhiyyə Naziri May Kaile İsrailin Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında əməliyyatının insanlığa qarşı cinayət olduğunu və yəhudi dövlətini və beynəlxalq ictimaiyyəti müəssisədəki insanların həyatına görə məsuliyyət daşıdığını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi Telegram kanalında dərc olunan məlumatda deyilir.

"İsrail və beynəlxalq ictimaiyyət Əl-Şifa Tibb Kompleksində qalan xəstələrin, tibb işçilərinin və məcburi köçkünlərin həyatına görə məsuliyyət daşıyır. Ordunun xəstəxanaya hücumu bəşəriyyətə qarşı cinayətdir. Orada qalan tibb işçiləri, mülki şəxslərin taleyindən xəbərsizik”, - deyə nazir vurğulayıb.

Qəzza zolağının hakimiyyət orqanlarının məlumatına görə, hazırda kompleksdə xəstələr və yaralılar da daxil olmaqla 9 minə yaxın insan var.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa ərazisində hərbi əməliyyata başlayıb.

NƏRGİZ