İsrail Qəzza tibb mərkəzinə hücuma görə məsuliyyət daşıyacaq - İordaniya

 15:05 15.11.2023     327

İşğalçı İsrail qüvvələrinin Qəzza şəhərində Əl-Şifa xəstəxanasına hücumu beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Redaktor.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sufyan əl-Qudanın verdiyi bəyanatda deyilir.

Sənəddə deyilir: “İordaniya Haşimilər Krallığı Qəzza sakinlərinin kollektiv cəzalandırma siyasətini pisləyir və İsrailin Qəzzadakı Əl-Şifa Tibb Mərkəzi və Xəstəxanasına edilən hücuma görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edir. Mülki əhaliyə qarşı amansız hücumlar və mülki obyektlərin davamlı, sistematik şəkildə məhv edilməsi müharibə cinayətlərini təşkil edir. Biz beynəlxalq ictimaiyyəti çoxlu qadın və uşağın ölümünə səbəb olan bu mənasız və əsassız təcavüzü dayandırmaq üçün işğalçı dövlət kimi İsrailə təzyiq göstərməyə çağırırıq”, - deyə Sufyan əl-Quda bildirib.

NƏRGİZ