Eli Kohen Elian Tilyönu "HƏMAS-ın hərbi cinayətlərinə göz yummaqda" ittiham etdi

 16:01 15.11.2023     282

İsrailin xarici işlər naziri Eli Kohen Belçika parlamentinin sədri Elian Tilyöyə qəzəblənib. Onu "HƏMAS-ın hərbi cinayətlərinə göz yummaqda" ittiham edib.

Redaktor.az bu barədə xarici mərbuata istinadən xəbər verir.

“Belçika Parlamentinin sədri Elian Tilyö parlamentdə vəhşilikləri əks etdirən videoları nümayiş etdirməmək qərarı ilə HƏMAS tərəfindən törədilən müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə göz yumur.

Bu, təbliğat videosu deyil, daha çox terrorçuların özləri tərəfindən lentə alınan kadrlardan yaradılan və onların İsrail vətəndaşlarını ayrı-seçkilik etmədən qətlə yetirmələrini göstərən filmdir.

HƏMAS-ın cinayətlərinə göz yummaq İsrailin İŞİD-dən də pis terror təşkilatından müdafiə haqqına məhəl qoymamaq deməkdir”.

İsrailli diplomat, İsrail hakimiyyəti tərəfindən hazırlanan və HƏMAS-ın 7 oktyabrda İsrail ərazisinə hücumu zamanı törətdiyi zorakılığı əks etdirən filmin nümayişini xahiş edib.

NƏRGİZ