"Bu, Fələstin milli kimliyinə qarşı müharibədir" - Mahmud Abbas

 17:03 15.11.2023     261

Biz birlikdə Qəzza zolağında və İordan çayının qərb sahilində, o cümlədən əbədi paytaxtımız Qüdsdə xalqımıza qarşı vəhşi təcavüzkar müharibə və açıq soyqırımı ilə üzləşirik.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fələstinin müstəqilliyini elan etməsinin 35-ci ildönümü münasibətilə Fələstin prezidenti Mahmud Abbas çıxışı zamanı deyib.

"Bizim məruz qaldığımız ədalətsiz, təcavüzkar müharibə Fələstinin varlığına və milli kimliyinə qarşı müharibədir. Bu təcavüzü dəstəkləyənlər, ona siyasi və hərbi pərdələr verənlər üçün də ayıbdır. Buna İsrail təcavüzünün raketləri ilə parçalanmış uşaqlarımızın qalıqları və qadınlarımızın qanı sübutdur.

İndi bizim birinci vəzifəmiz xalqımıza qarşı vəhşi təcavüzü dayandırmaq, bu xalqı növbəti qan tökülməsindən qorumaqdır.Biz xalqımız üçün öz vətənlərində və paytaxtı Qüds olan azad, müstəqil, tam suveren bir dövlətdə təhlükəsiz, ləyaqətli və azad həyat istəyirik. Bu, bizim strategiyamızdır, məqsədimizdir və biz buna nail olana qədər mübarizəmizi davam etdirəcəyik. Biz bütün gücümüzlə xalqımızı öz yurdundan didərgin salmaq və deportasiya etmək planlarını rədd etmişik və həmişə rədd edəcəyik".

NƏRGİZ