Rusiya hərbçiləri iki Gürcüstan vətəndaşını əsir götürdü

 17:49 15.11.2023     257

Rusiya Silahlı Qüvvələri Ukraynada döyüşən iki Gürcüstan vətəndaşını əsir götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlik Gürcüstan vətəndaşlarının hüquqlarını qorumaq üçün əlində olan bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək. Bildirilib ki, rəsmi Tbilisi, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi və İsveçrə Konfederasiyasının imkanlarından da istifadə edəcək.