"İnstagram" Kadırovun oğullarını BLOKLADI
“Instagram” sosial şəbəkəsi Çeçenistan rəhbəri Ramzan Kadırovun oğullarının hesablarını bloklayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram -da məlumat verib.
“Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb”, - Dudayev bildirib.
Yusif EYVAZLI